“Moskva Avropada geosiyasi balansın dəyişməsinə qarşıdır. Biz Avropada qüvvələr balansın dəyişməsinə yönəlmiş istənilən cəhdin qarşısını almaq üçün bütün imkanlara əl atacağıq.Moskva yeni silah yarışına girmək və yeni soyuq müharibə sxeminə qarşıdır”.
Bunu oktyabrın 9-da jurnalistlərə Rusiyanın NATO-dakı nümayəndəsi " Aleksandr Grushko deyib.
O həmçinin NATO-nun Rusiya sərhədləri boyunca kəşfiyyat uçuşlarını xeyli artırdığını və demək olar ki, Baltik və Qara dənizdə daima gəmilər saxladığını bildirib.
O qeyd edib ki, NATO-nun Suriyaqda idarəcilik rolu olmadığından Rusiya bu mövzuda alyansla qarşılıqlı hərəkətə girmək istəmir.
Moskva NATO və Türkiyə də daxil olmaqla maraqlı tərəflərlə ikitərəfli əsasda işin tərəfdarıdır.
NATO-nun baş kativi Jens Stoltenberg iktyabrın 8-də bildirmişdi ki, təşkilat Rusiyanın Suriyada hərbi iştirakının kenişlənməsindən narahatdır və Türkiyənin hava hüdudlarını bir də pozsa bu ölkədə qüvvələr yerləşdirə bilər.