Azarkeşlərə xüsusi avtobuslar ayrılıb

Bakı Olimpiya stadionu

Azərbaycan-İtaliya oyununda saat 21:30-dan azarkeşlərin rahat və maneəsiz daşınması üçün xüsusi avtobuslar ayrılıb.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, azarkeşlər müəyyən olunmuş ərazilərdən ekspress avtobuslarla stadiona gələ və eyni zamanda geri qayıda biləcəklər.

Şəhərətrafı marşrutla stadiona gəlmək üçün 40, şəhərdaxili marşrutla isə 120 avtobus ayrılıb. Ehtiyac yaransa, əlavə 20 avtobus da ayrılacaq.

Azərbaycan-İtaliya görüşü oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.