İsrailin təhlükəsizlik qüvvələri oktyabrın 10-da Qəzza sərhəddi boyunca keçirilən etiraz aksiyası zamanı daha iki fələstinlini güllələyib. İsrail ordusunun məlumatına görə, 12 və 15 yaşında olan 12 gənc qadağan olunmuş əraziyə keçib və əsgərlərə yanan şinlər və daş atıblar.
Bundan öncə də polis Yerusəlimdə (Qüds) 4 israilliyə bıçaqla hücum edən 2 fələstinlini güllələmişdi.
Son 11 gün ərzində Yerusəlim (Qüds), Qəzza və İsrailin digər şəhərlərində 4 israilli və 21 fələstinli öldürülüb.
ABŞ dövlət katibi Con Kerry İsrailin baş naziri Benjamin Netanyahu və Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasla telefon danışığında durumla bağlı dərin narahatlıq bildirib.