Qızıla görə kurqanı qazıblar

Foto arxiv

Şəkidə kurqanda qanunsuz qazıntı ilə bağlı cinayət işi açılıb

Şəkidə eradan əvvəl II-IV əsrlərə aid olan kurqanda qanunsuz qazıntı işləri aparılması ilə bağlı cinayət işi açılıb.

Məlumatı Şəki Şəhər-Rayon polis Şöbəsinə istinadən APA yayıb.

Məlumata görə, rayonun Cəfərabad kəndinin inzibati ərazisində yerləşən, eradan əvvəl II-IV əsrlərə aid olan kurqanda qanunsuz qazıntı işləri aparılması ilə bağlı araşdırmalar aparılır. Faktla bağlı hələ ki, saxlanılan yoxdur.

Naməlum şəxslər oktyabrın 9-da Kurqanda ağır texnika ilə qanunsuz qazıntı işləri aparıb. Kurqanın diametri 12 metrdən çox olan zireh hissəsi dağıdılıb, amma qəbrə toxunulmayıb.

Onların qızıl axtardıqları ehtimal olunur.