Belarusun Mərkəzi Seçki Komissiyası seçkinin baş tutduğunu bildirir.
MSK-nın məlumatına görə, günün 1-ci yarısınadək seçkidə 51 faizdən artıq seçici iştirak edib.
Prezident olmaq üçün səslərin 50 faizindən çoxunu qazanmaq lazımdır.
Prezidentlik uğrunda Liberal-Demokrat partiyasının sədri Sergei Gaydukovich,”Düz danış” vətəndaş kampaniyasının sədri Tatyana Korotkevich,indiki dövlət başçısı Aleksandr Lukashenka və “Vətənpərvərlər partiyası”nın lideriNikolay Ulakhovich mübarizə aparır.
Qeyd edək ki, Lukashenka prezidentlik uğrunda 5-ci dəfədir ki, mübarizxə aparır.
Seçkini 900-dən çox beynəlxalq müşahidəçi izləyir.