İran parlamenti nüvə sazişini səsə qoydu

Iran parliamenti

İran parlamenti Tehran və 6 dünya ölkəsi arasında imzalanmış nüvə sazişinin həyata keçirilməsinə yol açan qanun layihəsini ilkin olaraq təsdiqləyib.

Qeyd edək ki, sazişdə İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların dayandırılması və ya yüngülləşdirilməsindən gedir.

İRNA agentliyinin məlumatına görə, 139 deputat sənədin lehinə, 100 nəfər isə əleyhinə səs verib.

Qanun layihəsini parlamentdəki milli təhlükəsialik komitəsi təqdim edib.

Qanun layohəsi yekun olaraq təsdqlənməzdən əvvəl ,oktyabrın 13-də sənədlər bağlı təkrar səsvermə keçiriləcək.