-
Oktyabrın 12-də saat 10.00-da Bakı Apellyasiya Məhkəməsində Meydan TV-nin əməkdaşı Şirin Abbasovun apelyasiya şikayətinə baxılacaq.
Prosesə hakim Həsən Əhmədov sədrlik edəcək. Bu haqda AzadlıqRadiosuna Şirin Abbasovun vəkili Elçin Sadıqov məlumat verib.
Məhkəmə prosesi açıq keçiriləcək.
MeydanTV-nin əməkdaşı Şirin Abbasova sentyabrın 16-da 30 sutka inzibati həbs cəzası verilib. Jurnalist polisə müqavimət göstərməkdə ittiham olunur.
İndiyə qədər Şirin Abbasova vəkili ilə görüşə icazə verilməyib.