Yunusların apelyasiya şikayətinə baxılır

Leyla və Arif Yunuslar

-

Oktyabrın 12-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçiriləcək.

Prosesə Vüqar Məmmədov sədrlik edəcək. Bu haqda AzadlıqRadiosuna Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib.

Məhkəmə Leyla və Arif Yunusun məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin avqustun 13-də çıxardığı hökmdən verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə avqustun 13-də Leyla Yunus 8 il yarım, Arif Yunus 7 il həbs cəzası verilib. Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bir sıra beynəlxalq təşkilatlar Leyla və Arif Yunusun həbsini sifarişli sayır. Azərbaycan hakimiyyətini onları azad etməyə çağırır.