NATO-nun Kabildə 5 əməkdaşı ölüb

Kabildə Britaniya əsgəri, 11 oktyabr, 2015-ci il

-

Əfqanıstandakı NATO koalisiyası bildirir ki, iki Britaniya hərbçisi daxil olmaqla, 5 əməkdaşı Kabildəki qərargahda vertolyot qəzasında həlak olub. Qəza “qeyri-düşmən” şəraitində baş verib.

Oktyabrın 11-də baş vermiş insidentdə beş nəfər də yaralanıb. Hazırda insident araşdırılır.

Həlak olanların və yaralıların milliyyəti açıqlanmayıb. Sadəcə, Britaniya iki hərbçinin öldüyünü bildirib, bunun bir qəza olduğunu təsdiqləyib.