İran raket sınaqdan keçirir

İran raketləri, arxiv fotosu

-

İran oktyabrın 11-də elan edib ki, yeni hazırladığı uzaqmənzilli raketi uğurla sınaqdan keçirib.

“Bu, İranın hədəf vurulanadək idarə və nəzarət edə bildiyi ilk uzaqmənzilli raketdir,” müdafiə naziri Hossein Dehghan deyib.

Fars xəbər agentliyi Emad adlı yeni raketin fotolarını yayıb, ancaq detallı bilgi verməyib.

BMT-nin Təhlükəsizlik Şurası Tehranı nüvə silahları daşıya bilən ballistik raketlərlə bağlı heç bir fəaliyyətlə məşğul olmamağa çağırıb.