Etirazçılar Kişinyovda əsas küçəni tutub

Moldovada sentyabr aksiyaları

-

Yüzlərlə etirazçı Moldovanın paytaxtında əsas küçəni bağlayaraq hökumətin istefasını tələb edirlər.

Associated Press xəbər verir ki, etirazçılar Böyük Stefan Bulvarı deyilən ərazini oktyabrın 12-də səhər tezdən, nəqliyyatın gur vaxtında bağlayıb.

İki saat çəkən etiraza 400 nəfər qatılıb. Təşkilatçı moskvayönlü Bizim Partiyanın rəhbəri Renato Usatii-dir.

Moldovada etirazlar sentyabrın 6-dan davam edir. Əhali banklardan 1.5 milyard dollar vəsaitin yoxa çıxmasının araşdırılmasını tələb edir.

Hökumət məsələni araşdırmağa söz verb.