ATƏT sədri Qarabağdan danışdı

Sergei Lavrov və Zannier

“Beynəlxalq Dağlıq Qarabağ münaqişəsinə indi daha çox diqqət yetirməlidir”

Bunu ATƏT-in baş katibi Lamberto Zannier oktyabrın 12-də Moskvada rusiyalı həmkarı Sergei Lavrovla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

“Beynəlxalq aləm vəziyyətin gələcəkdə, pisləşməsindən qaçmaq üçün hadisələrin inkişafına daha real yanaşmalı, daha çox siyasi diqqət yetirməlidir”-deyə o bildirib.

Görüşdə həmçinin Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də müzakirə olunub.

ATƏT sədri təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərin müşahidə edilməsi ilə bağlı Azərbaycan hökuməti ilə razılığa gələ bilməməsindən çox təəssüf bildirib. O bildirib ki, bununla bağlı ətraflı şərh verə bilməz, amma görünür ki, imkan əldən verildi.

Amma baş katib sonda bunun səbəbinə aydınlıq gətiriləcəyinə ümidlə yanaşdığını bildirib.

Moskva görüşündə Suriya müharibəsi və Ukraynanın şərqindəki münaqişə də müzakirə olunub.