Azərbaycanın BMT yanındakı Nümayəndəliyi Ermənistan ordusunun işğal etdiyi ərazilərdən Tərtər rayonunun Qapanlı kəndində toy mərasimini atəşə tutması ilə bağlı BMT-nin baş katibi Ban Kİ Moona məktub göndərib.
Məktubda 2015-ci il sentyabrın 1-də erməni birləşmələrinin həmin toy mərasimini atəşə tutması nəticəsində bir azyaşlı uşaq da daxil olmaqla, üç mülki şəxsin yaralandığı bildirilir.
Məktubda bunun beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və beynəlxalq cinayət hüququna əsasən hərbi cinayətd olduğu bildirilir.
Məktubda həmçinin Ermənistan tərəfindən mülki şəxslərin atəşə tutulmasının yeni hal olmadığı qeyd edilir, Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin öldürülməsi, əsir götürülməsi, hərbi əsirlər və girovlara qarşı qeyri-insani davranış və işğal edilmiş ərazilərdə etnik təmizləmə kimi bir çox cinayət əməllərinin törədilməsi barədə məlumat verilir.
Xüsusilə Xocalıda mülki sakinlərinə qarşı törədilmiş amansız qırğın qeyd edilir.
Məktubda deyilir ki, Ermənistanın əsl niyyəti Azərbaycan ərazilərinin işğalını davam etdirmək və bütün vasitələrlə indiki status-kvonu saxlamaqdır.
Sənəd Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Ermənistanın cəzasızlığına son qoyulması üçün BMT Təhlükəsizlik Şurasınıqəti addımlar atmağa çağırır.