Moskvada terror aktı planalaşdırılırmış

Elman Ashayev

Moskva Lefortova məhkəməsi oktyabrın 13-də Moskvada terrora hazırlaşmaqda şübhəli bilinən 3 nəfərin həbsi barədə qərar çıxarıb.

Aslan Baisultanov, Elman Ashayev və Mokhmad Mezhilov dekabrın 12-dək həbsdə qalacaqlar.

RİA Novostinin məlumatına görə, Baisultanovla Ashayev günahlarını boyunlarına alıblar.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, onlar Rusiyanın Suriyada apardığı əməliyyatlara etiraz olaraq Moskvada terror aktlarına hazırlaşırmışlar.