Beynəlxalq Kulinariya Günü keçiriləcək

Foto illüstrasiya

Foto illüstrasiya

-

Oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Beynəlxalq Kulinariya Günü keçiriləcək.

Milli Kulinariya Assosiasiyasının məlumatına görə, tədbir çərçivəsində ilk dəfə olaraq Beynəlxalq Çay Festivalı da keçiriləcək.

Festivalda Yaponiya, Koreya Respublikası, Çin, İran, Hindistan, Türkiyə və digər ölkələrin çay süfrələri nümayiş olunacaq.

Çay süfrələrini Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər təşkil edəcək.