ABŞ-dan Ramadi açıqlaması

Ramadidən qaçan iraqlılar

-

ABŞ ordusu İraq qüvvələrini Ramadi şəhərini İslam Dövləti silahlılarından almağa həvəsləndirir. Silahlılar Ramadini bu ilin mayında ələ keçirib.

ABŞ koalisiyasının sözçüsü Steve Warren deyib ki, İraqın təhlükəsizlik qüvvələri şəhərin yenidən ələ keçirilməsi üçün yaxşı mövqedədir. Ramadi Bağdaddan 70 mil qərbdə yerləşir.

İraqın quru qüvvələri son günlər doqquz milə yaxın irəliləyib və şəhərətrafına çatıb.

“Onlar şəhəri əsasən mühasirəyə alıblar və dörd tərəfdən irəliləyirlər,” Warren deyib.

Ramadinin tutulması bu il İraq qüvvələri üçün böyük geriləmə sayıldı. İD 2014-cü ildə Mosulu da tutub və hazırda İraqın şimal və qərbində böyük hissəyə nəzarət edir. ABŞ koalisiyası isə bir ildən çoxdur İD-ə hava zərbələri endirməkdədir.