-
Parlament seçkilərində 4 təşkilat «exit-poll» keçirə bilər.
APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, «exit-poll» keçirmək üçün müraciət edən təşkilatlardan biri Fransa təşkilatıdır. Yerli təşkilatlardan «ELS» Müstəqil Araşdırmalar Mərkəzi də bu istəklə MSK-ya müraciət edib.
MSK oktyabrın 22-dək müraciətlərə baxıb, qərar verəcək.
Azərbaycanda «exit-poll» ənənəsi 2005-ci il parlament seçkilərində qoyulub. Ancaq Azərbaycanda «exit-poll» keçirən təşkilatlar bir qayda olaraq indiyə kimi maliyyə mənbələrini ictimaiyyətə tam açıqlamayıblar. Bu da cəmiyyətdə müəyyən suallar doğurub.
Xüsusilə də 2005-ci ildə «Renaissance Associates» şirkətinin təşkil etdiyi Mitofsky «exit-poll»unu çoxları hələ də unutmayıb.. Mitofsky ölümündən əvvəl yazdığı xatirələrində sifarişçilərin «exit-poll» nəticələrini saxtalaşdırmağa cəhd göstərdiyini yazmışdı.
2013-cü il prezident seçkisində «exit-poll»u ABŞ-ın «Arthur J.Finkelstein&Associates» (AJF) şirkəti keçirmişdi. Adıçəkilən şirkət bu işi «APA Holding»in sifarişi və tərəfdaşlığı ilə həyata keçirdi. Ancaq onda da maliyyə mənbələri açıqlanmadı.