►12 il əvvəl Azərbaycanda prezident dəyişdi...
“Polis mənə sarı döndü və üstümə gəldi. Var qüvvəsi ilə məni vurdu. "Dubinka” böyrümə dəymişdi. Dəyəndə elə bil içalatım töküldü. Mən də “vurma” deyə qışqırdım. Birini də vurdu. Ondan sonra kimlər gəldisə hamısını var gücü ilə vururdu”
Yusif Süleymanlı 2003-cü il 16 oktyabr hadisələrindən danışır. O, həmin hadisələrin fəal iştirakçılarından olub. Başına gələnləri 2012-ci ildə AzadlıqRadiosuna danışıb…
Sizin brauzer HTML5-i dəstəkləmir
ƏLİYALINLAR VƏ ƏLİDƏYƏNƏKLİLƏR
2003-cü il, 15-16 oktyabr.... Bu tarixi xatırlayan hər kəsin beynində bəlli bir mənzərə var: Azadlıq meydanı, yüzlərlə insanın etirazı, çoxsaylı polis qüvvələri, işgəncələr və s.
O zaman Azərbaycan öz müstəqilliyindən sonra 7-ci prezidentini seçirdi.
Səsvermə nəticələri açıqlananda, rəsmi məlumatlara görə, İlham Əliyev 76.84 faiz səs çoxluğu ilə prezident seçilmişdi. Müsavat başqanı İsa Qəmbərinsə 14 faiz səs toplayaraq 2-ci olduğu bildirilmişdi.
Müxalifətsə İsa Qəmbərin 40 faizdən çox səs topladığını deyirdi.
Buna da bax: Bəhruz Hacıyevin işi: Ekspertizanın cavabslz cavabı
HAKİMİYYƏT FİZİKİ DÖYÜŞÜ UDDU
Seçkidə qələbə çaldığını bəyan edən müxalifət 2003-cü ilin 15 oktyabr axşamı küçələrə çıxmışdı. Bu aksiya oktyabrın 16-da da davam etdirildi. Etirazçılar Azadlıq Meydanına doğru axışdı. Burda onları dəyənəkli, qalxanlı polis dəstələri qarşıladı.
“Demokratik qüvvələrlə hökümət arasında fiziki döyüş oldu və hakimiyyət bu döyüşü uddu.”
Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatının vitse-prezidenti Qorxmaz Əsgərov həmin günü belə səciyyələndirir.
Qorxmaz Əsgərov 2003-cü ildə ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan ofisində siyasi müşavir idi. Deyir həmin prosesləri yaxından müşahidə edib.
Buna da bax: Sahibkarları kim "boğur, soyur, incidir"?- [Fikrini de]
ƏLİYEVƏ 5 SAAT, MÜXALİFƏTƏ 3 DƏQİQƏ
Həmin dövrdə seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da sonrakı hesabatında göstərir ki, 2003-cü ildə MSK dövlət mediasının namizədlərə bərabər münasibət göstərilməsini təmin etməyib. Yerli televiziyalar seçki təşviqatı üçün İlham Əliyevə 5 saat, müxalifətə isə 40 dəqiqə vaxt ayırıb.
Qurum səslərin sayılmasını da mənfi qiymətləndirib. Hesabatda oxuyuruq:
“Zоrаkılıq hаllаrı və müхаlifət fəаllаrının gеniş miqyаslı həbsləri sеçkidən sоnrаkı prоsеsi bir dаhа kəskinləşdirmiş оldu. Sеçki günündə hаdisələr nisbətən sаbit kеçsə də, sеçki gеcəsində Müsаvаt Pаrtiyаsının qərаrgаhı qаrşısındа yаrаnmış zоrаkılıq həmin sаkitliyi pоzmuş оldu. Оktyаbrın 16-dа minlərlə müхаlifət tərəfdаrı sахtаlаşdırılmış sеçkilərə еtirаz əlаməti оlаrаq Bаkının mərkəzində yеrləşən Аzаdlıq Mеydаnınа tоplаşmışlаr. Şahidlər meydanda mühаfizə qüvvələrinin nümаyişçiləri tutub sахlаdıqdаn sоnrа dəyənəklər ilə döydüklərinin şаhidi оlmuşlаr. Dörd nəfərin ölməsi və 100 pоlis işçisi də dахil оlmаqlа çохlu sаydа insаnlаrın yаrаlаndığı bildirilirdi.”
Azərbaycanda hakimiyyətin dəyişməsinə real şans vardı. Heç nəyə baxmayaraq vuruşmaq olardı.
Dахili İşlər Nаzirliyi 600 nəfərin sахlаndığını bildirmişdi.
CAMAATI DÖYƏ-DÖYƏ PREZİDENT OLDU
Bütün bunların fonunda “İlham Əliyev necə prezident oldu” sualını Qorxmaz Əsgərov belə cavablayır:
“Bu adam saxta yolla baş nazir təyin olundu. Bir müddət sonra camaatı döyə-döyə prezident oldu. Azərbaycan tarixində bir gündə 100-ə yaxın adam həbs edilmişdi. Bu, görünməmiş bir şeydir. Bunun nəticəsində o, prezident oldu. Azərbaycanda hakimiyyətin dəyişməsinə real şans vardı. Heç nəyə baxmayaraq vuruşmaq olardı.”
Hakimiyyət həmin dövrdə baş verən hadisələri seçkinin rəsmi nəticələri elan edilməmiş iğtişaş salma cəhdlərinin qarşısını alma kimi qiymətləndirib.
Qorxmaz Əsgərovsa 15-16 oktyabr tarixini bir cümlə ilə belə ifadə edir:
“Bu tarix Azərbaycan xalqının öz azadlığı, gələcəyi uğrunda döyüşüb uduzduğu tarixdir”.