SOCAR kəşviyyatı dayandırıb

SOCAR logo

"Bizim əsas çatışmazlığımız üzən qazma qurğularının olmamasıdır. Bu, bizim işlərimizi tamamilə əngəlləyir".

APA-nın məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, kəşfiyyat işləri bu gün faktiki dayanıb: "Buna görə, biz "Abşeron", "Zəfər-Məşəl" və digər yataqların işlənilməsi üçün üzən qazma qurğusu gözləyirik. İlk üzən qazma qurğusu 2018-ci ildə hazır olacaq. Problemin səbəbi BP şirkətinin 3 üzən qazma qurğusunu özündə saxlamasıdır. BP şirkəti də "Şahdəniz-2" layihəsi üçün sualtı qazma işləri aparır. Bu, bizim ümumi işimiz üçündür. Sualtı qazma dəbə mindikdən sonra, kəşfiyyat üçün əl-qolumuz bağlanıb və işlər bir az yubanır"-deyə o bildirib.