Obama Kameruna 300 əsgər göndərir

ABŞ prezidenti Barack Obama Konqresə Kameruna 300 hərbçi göndərməsi barədə məlumat verib.

ABŞ prezidenti Barack Obama Konqresə Kameruna 300 hərbçi göndərməsi barədə məlumat verib.

Məlumatda bildirilir ki, onlar havadan kəşfiyyat, müşahidə və axtarış əməliyyatları həyata keçirməklə orada Boko Haram qrupuna qarşı mübarizə aparacaqlar.

Ağ Ev bildirib ki, bu hərbçilərdən 90-ı artıq Kamerun hökuməti ilə əldə olunmuş razılaşmaya əsasən bu ölkəyə göndərilib.

Administrasiyanın bəyanatında deyilir ki, Kameruna qoşun göndərilməsi Qərbi Afrikada Boko Haram və başqa zorakı qruplaşmaların fəaliyyətinin qarşısını almaq məqsədi daşıyır.

ABŞ Boko Harama qarşı mübarizədə artıq Nigeriya hökumətinə köməklik göstərir.

Boko Haramın zorakılıqalrı nəticəsində indiyədək minlərlə insan həlak olub və 1, 5 milyon afrikalı didərgin düşüb.