ABŞ əsgərinə medal verilir

Əfqanıstanda Amerika hərbçiləri

-

ABŞ prezidenti Barack Obama 2012-ci ildə Əfqanıstanda intiharçı bomba hücumlarının qarşısını aldığına görə ordu kapitanına ən yüksək hərbi mükafat verəcək.

Ağ Ev oktyabrın 13-də bəyan edib ki, Obama Şərəf Medalını kapitan Florent A. "Flo" Groberg-ə noyabrın 12-də təqdim edəcək. Fransa əsilli bu hərbçi intiharçıları aşkarlayıb və onların Kunar əyalətində patrul dəstəsini öldürməsini əngəlləyib. Hadisə 2012-ci ilin avqustunda baş verib. Ancaq törədilən partlayışdan dörd amerikalı həlak olub, bir neçəsi yaralanıb.

32 Groberg qıçından xəsarət alıb, iyulda istefaya çıxıb. Groberg Əfqanıstan və İraqda göstərdiyi şücaətə görə Şərəf Medalı alan 10-cu hərbçi olacaq.