Ərəblərə görə Azərbaycan vətəndaşı cərimələndi

Sizin brauzer HTML5-i dəstəkləmir

Ərəb şahzadələrinin Azərbaycan məcaraları- [video]

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, əcnəbi ölkə vətəndaşlarının bir neçə gün ərzində Azərbaycanda qonaq olmaları və Saatlı rayonunda ov etmələri barədə mətbuatda yayılan məlumatı araşdırıblar:

«Araşdırmalar zamanı məlum olub ki, Vüsal Ağayev adlı şəxs bilavasitə qonaqları müşayiət edib, onların Azərbaycanda gəzintisini, istirahətini və ov etmələrini təşkil edib. Lakin bu şəxs qanuna müvafiq qaydada lisenziya alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarına müraciət etməyib».

Nazirlikdən bildirirlər ki, Vüsal Ağayev İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 18 min 500 manat cərimələnib. Səbəb onun Azərbaycan təbiətinə, heyvanlar aləminə nümayişkaranə surətdə zərər vurması və birbaşa olaraq «Heyvanlar aləmi haqqında» qanununun tələblərini pozmasıdır.

Ancaq nazirlik xarici vətəndaşların ova davam edib-etməməsinə aydınlıq gətirməyib.

Bir neçə gündür ki, zəngin ərəb şeyxlərinin Saatlıda Sarısu ovçuluq təsərrüfatında ov etmələri barədə məlumatlar yayılıb.

Vüsal Ağayevi məsələyə münasibəti bəlli deyil.