Yumurta bahalaşıb

Yumurta.

-

Yumurta 8 qəpikdən 13 qəpiyə qalxıb.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, tələbat təklifi üstələdiyi üçün payız-qış aylarında yumurtanın qiymətində artım müşahidə olunur:

«Ölkə tələbatı təxminən 2 milyard 600 milyon ədəddir. Yerli istehsal tələbatın 50 faizini belə ödəmir. Ölkədə təxminən 1 milyard 300 milyon yumurta istehsal olunur».

Ekspert deyir ki, hazırda bir yumurtanın maya dəyəri 7-8 qəpikdir: «Yay aylarında yumurta istehsalı artdığı üçün qiymət düşür, amma payız-qış aylarında istehsal zəifləyir, ona görə də qiymət artımı baş verir».

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il yerli istehsalçılar bazara 1 milyard 500 milyondan çox yumurta çıxarıb.