Məhkəmə Azərbaycanı cərimələdi

Foto arxiv

Oktyabrın 15-də Avropa Məhkəməsi Azərbaycan vətəndaşı Qafqaz Məmmədovun şikayətinə baxaraq onun haqlı olması barədə qərar çıxarıb. Qərara görə Azərbaycan öz vətəndaşı Qafqaz Məmmədova dəyən mənəvi ziyan üçün 15 600 avro, məhkəmə xərcləri üçün isə 2 450 avro ödəməlidir.

Qafqaz Məmmədov 2011-ci il iyunun 19-da İctimai Palatanın Bakıda keçirdiyi etiraz etiraz aksiyasında iştiraka görə tutulub 5 gün müddətinə həbs edilmişdi.

Həmin aksiyada müxalifət qüvvələrinin birləşdiyi İctimai Palata azad və ədalətli seçkilər, ölkədə siyasi islahatlar tələb edirdi. Polis bu aksiyanı qanunsuz adlandıraraq dağıdıb, Qafqaz Məmmədovu da axşam saatlarında həmin aksiyada iştirak ittihamı ilə saxlayıb. Sonra da açıq məhkəmə olmadan onun 5 gün müddətinə həbs olunması barədə qərar çıxarılıb.

Hələlik Azərbaycan rəsmilərindən bugünkü qərarlabağlı hər hansı rəsmi reaksiya yoxdur.