Başqa ölkələrin münaqişələrində Rusiyanın iştirakı

1950-1953-cü illərdə sovet ordusu Koreya müharibəsində iştirak edib. Bu müharibə Koreya yarmadasını iki hissəyə böldü. Tərəflər hələ də sülh müqaviləsi imzalamayıb və vaxtaşırı onların arasında atışmalar olur. 
 

1956-cı ildə sovet ordusu Macarıstanda antikommunist üsyanını yatırdı. Bu ölkəyə 30 000-lik ordu göndərilmişdi

 

Təxminən 10 il, 1965-dən 1974-dək sövet hökuməti Şimali Vyetnamda gedən vətəndaş müharibəsində kommunistləri dəstəkləyib. SSRİ nazirlər Şurasının hesablamalarına görə müharibə xəzinəyə günə 1,5 milyon rubla başa gəlirdi (bu günkü kursla təxminən 11,5 milyon $)

 

1968-ci ilin avqustunda 7 minə yaxın sovet tankı Çexoslovakiyaya girir. Məqsəd Çexoslovakiya Kommunist partiyasının birinci katibi Aleksandr Dubçekin həyata keçirmək istədiyi demokratik islahatların qarşısının alınması idi.
 

Daha bir 10 illik müharibə - əfqan müharibəsi

1978-dən 1989-dək sovet ordusu kommunistyönümlü Əfqanıstan hökumətinin tərəfində vuruşub. Trixçilər deyir ki, bu müharibədə SSRİ hər il 3-8 milyard dollar xərcləyib. Amma dəqiq rəqəmlər bu günədək məlum deyir

 

1992-ci ildə Rusiya Moldovadan ayrılmaq istəyən separatçı Dnestryanı respublikaya ordu yeridib. 
Hərbi münaqişə çoxsaylı qurbanlara gətirib çıxrdı. Lakin silahlı qarşıdurmanın bitməsinə baxmayaraq Dnestryanıda hələ də rus hərbçiləri var


 

2008-ci ilin avqustunda Rusiya daha bir münaqişəyə müdaxilə edir. Bu dəfə Gürcüstanla separatçı Cənubi Osetiya və Abxaziya münaqişəsinə. Bu münaqişə Gürcüstan Rusiya müharibəsinə gətirib çıxardı. 

 

2015-ci ilin sentyabrından Rusiya Suriyada hava hücumlarına başlayıb. Kreml deyir ki hədəf "İslam Dövləti" yaraqlılarıdır, ekspertlərsə hesab edir ki, bu belə deyil. Əməliyyat vaxtı Rusiya islamçıların mövqelərinə iki zərbə endirib, qalan zərbələr isə dinc əhaliyə yönəlib

 

XX əsrin ortalarından Rusiyanın geosiyasi maraqları qonşu ölkələrin hüdudlarından da kənara çıxırdı. Bu fotoqalereyada Kremlin başqa ölkələrin münaqişələrinə müdaxiləsini təqdim edirik.