ABŞ ordusu Əfqanıstandan çıxmayacaq

ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama hazırda Əfqanıstanda olan ABŞ hərbçilərinin 2016-cı ilin snunadək Əfqanıstanda qalacaqlarını bəyan edib.

Hazırda əfqanıstanda 9800 ABŞ hərbçisi var.

Onların gələn ilin sonunadək mərhələ-mərhələ Əfqanıstandan çıxarılacağı nəzərdə tutulurdu.

Obama oktyabrın 15-də Ağ evdə çıxış edərəkn bildirib ki, ABŞ ordusunun bu ölkədə missiyası dəyişməyəcək və onlar yerli qüvvələrə təlimləri davam etdirəcəklər.

Obama həmçinin qeyd edib ki, ABŞ 2017-ci ildən sonra Əfqanıstanda 5500 nəfərlik ordu saxlayacaq.

O bildirib ki, bu ordu Kabil ətrafındakı Baqram, habelə Calal-Abad və Qəndəhar ətrafındakı bazalardayerləşdiriləcək.

Obama qeyd edib ki, qərar onun milli təhlükəsizlik komandası və Əfqanıstan hökuməti ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

Son günlər Talibançıların Əfqanıstanda fəallaşıdığı müşahidə olunur.