Lewandowski Ginnesin kitabına düşür

Robert Lewandowski və həyat yoldaşı

"Bavariya"nın futbolçusu Robert Lewandowskinin adı Ginnesin Rekordlar Kitabına düşəcək.

"Bild" qəzetinin yazdığına görə, Polşa millisinin üzvü ən tez het-trik və penta-trik edən futbolçu kimi Ginnesin Rekordlar Kitabına düşəcək.

Bu günədək meydana ikinci hissədə çıxan heç bir futbolçu 5 qol vura bilməyib.

Qeyd edək ki, Bundesliqanın 6-cı turunda "Volfsburq"la görüşdə meydana sonradan daxil olan Levandovski 4 dəqiqəyə 3, 6 dəqiqəyə 4 və 9 dəqiqəyə 5 qol vurub.