-
Kanadanın keçmiş səfiri, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücum zamanı diplomatlara sığınacaq vermiş Ken Taylor oktyabrın 15-də 81 yaşında dünyasını dəyişib.
1979-cu ilin noyabrında Taylor və Kanadanın daha bir rəsmisi 6 amerikalı diplomata sığınacaq verib. O zaman iranlı tələbələr səfirliyə hücum etmiş, 52 amerikalını girov götürmüşdülər.
Girovlar 444 gün girovluqda qaldılar, ancaq həmin 6 nəfər Kanada pasportları və saxta İran vizaları ilə Tehrandan çıxa bildi.
Həmin qrup özünü Hollywood-dan gələnlər, “Argo” adlı film çəkənlər kimi təqdim etdi. Sonradan bu əhvalat əsasında “Argo” adlı film çəkildi.