-
Rusiya Təhqiqat Komitəsi bildirir ki, 2014-cü il Sibirdə məscidə hücum cəhdinin arxasında İslam Dövləti (İD) qruplaşması silahlıları dayanıb.
Komitə oktyabrın 15-də təhqiqatın tamamlandığını, iki nəfərin məhkəməyə verildiyini bildirib.
Həmin iki nəfər İD-lə əlaqələndirilir. Komitə bəyan edib ki, onlar Xantı-Mansi muxtar ərazisində Pit-Yaxindəki məscidə terror hücumu planlaşdırıblar.
Həmin şəxslərdən biri olan azərbaycanlı Valeh Əmirəliyevin hazırda Ukraynada olduğu bildirilir. Rusiya Ukraynadan onun ekstradisiyasını istəyib, Ukrayna cavab verməyib. Bunu Komitənin sözçüsü Vladimir Markin deyib.
Əmirəliyev ötən ay Kiyev aeroportunda saxlanıb. Rusiya onu adını İnterpolun siyahısına salmışdı.
Yerli media onun 2012-ci ildə Azərbaycanda öldürülmüş Vüqar Padarovun dəstəsiylə sıx əlaqələrindən yazıb. Həmin dəstə Eurovision mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə hücumlar təşkil etməkdə ittiham olunub. Padarov özü isə polislə atışmada öldürülüb. http://news.lent.az/news/news/215285