Sirkə turşusu içdi

Polis.

-

Goranboyda 25 yaşlı qadın intihar edib.

Məlumatı APA yayıb. Bildirilir ki, Dəliməmmədli şəhər sakini, 1990-cı il təvəllüdlü Gülnarə Xıdırova sirkə turşusu içib, zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Oktyabrın 16-sı səhər saatlarında xəstəxanada ölüb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.