-
İsrail rəsmiləri bildirir ki, fələstinlilər İordan çayının qərb sahilində yəhudi məbədinə od vurub.
Təxminən 100 nəfər oktyabrın 16-da Nablusdakı məbədi yandırıb. Fələstin təhlükəsizlik qüvvələri sonradan ərazini təmizləyib.
Xəsarət alan olmayıb.
İki həftədir İsraillə fələstinlilər arasında zorakılıq halları artıb.
Hamas qruplaşması oktyabrın 16-nı İsrailə qarşı “qəzəb günü” elan edib.
BMT-nin Təhlükəsizlik Şurası bu gün xüsusi iclas keçirib durumu müzakirə edəcək.