Azərbaycan boksçuları oktyabrın 15-də Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında qızıl və gümüş medal qazanıblar.
52 kq çəkidə mübarizə aparan Elvin Məmişzadə finalda kubalı boksçu Yosbani Veytia ilə qarşılaşıb və rəqibinə 3:0 hesablı qalib gələrək dünya çempionu olub.
60 kq çəki dərəcəsində mübarizə aparan digər Azərbaycan boksçusu Albert Səlimov isə Lazaro Alvaresə uduzaraq gümüş medal qazanıb.