Macarıstan Xorvatiya ilə sərhədi bağlayır

Peter Szijjarto

Macarıstan miqrant axınının qarşısını almaq üçün oktyabrın 17-dən Xorvatiya ilə sərhədi bağlayacağını bəyan edib.

Bunu oktyabrın 16-da ölkənin xarici işlər naziri Peter Szijjarto milli təhlükəsizlik rəsmiləri ilə görüşdə deyib.

Macarıstan qaçqın axınının qarşısını almaq üçün bunadək Xorvatiya və Setbiya ilə sərhədə tikanlı məftillər çəkib.

2015-ci ildə Macarıstana Suriya, İraq və Əfqanıstandan 383 min qaçqın keçib.

Onların əksəriyyəti Almaniya və digər qəri Avropa Birliyi ölkələrinə keçməyə çalışır.