Rusiyalı futbolçu Sergei Filippenkov keçmiş peşəkar futbolçularla yoldaşlıq görüşündə meydanda keçinib.
Bu oktyabrın 15-də “Zenit Penza” klubu ilə görüşdə oyuna 5 dəqiqə qalmış baş verib.
Klubun məlumatına görə Flippenkov yıxılmazdan əvvəl qol vurub.
Onun ürək tutmasından öldüyü bildirilir
Filippenkov Smolenskdə dəfn olunacaq.
44 yaşlı keçmiş futbolçu 1998-2001-ci illərdə Moskvanın SSKA klubunda oynayıb. Klub bu illər ərzində Rusiya çempionatında 2-ci və 3-cü yerə, həmçinin yerli kubokun finalına çıxıb.
Filippenkov ötən il“Zenit Penza” klubuna baş məşqçi təyin edilmişdi.