Rusiyanın müdafiə nazirliyi Suriyada apardığı hərbi əməliyyatlarla bağlı Türkiyə hərbçiləri ilə birbaşa əlaqə yaratdığını bildirir.
Nazirlik belə bir bəyanatla Türkiyə ordusunun oktyabrın 16-da Suriya ilə sərhəddə pilotsuz aparatı vurmasından bir neçə saat sonra çıxış edib.
Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanov oktyabrın 18-də İstanbulda Türkiyə rəsmiləri ilə müzakirələr aparacağını deyir.
ABŞ rəsmiləri hesab edir ki, Suriya sərhədində vurulan pilotsuz aparat Rusiyanındır.
Amma Rusiya hərbçiləri bundan əvvəl Suriyadakı bütün Rusiya təyyarələrinin plan üzrə iş başında olduğunu bəyan eləmişdilər.
Qeyd edək ki, Rusiya,Suriya ordusu və Birləşmiş Ştatlar Suriyada pilotsuz aparatlardan istifadə edirlər.
NATO üzvü olan Türkiyə son günlər ölkənin hava məkanının Rusiya təyyarələri tərəfindən bir neçə dəfə pozulduğunu bildirib və cavab tədbirləri görüləcəyini bəyan edib.