Azərbaycan qış vaxtına keçəcək

Arxiv fotosu

-

Oktyabrın 25-də saat 05:00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək. Bununla da yay vaxtı ləğv olacaq, qış vaxtına keçiləcək.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.