Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq Dortmundun “Borusiya” klubunun erməni futbolçusu Henrikh Mkhitaryan Bakıya gətirməyəcək.
Yerli və Rusiya mətbuatının yazdığına görə, bu barədə klubun icraçı direktoru Hans-Joachim Watzke açıqlama verib.
Onun sözlərinə görə, Mkhitaryan təhlükəsizlik səbəbindən bu oyuna yollanmayacaq: “Mkhitaryan Bakıya getməyəcək. Azərbaycanla Ermənistan arasında münaqişə olduğuna görə, futbolçumuzun qayğısına qalmalıyıq. Əgər Mxitaryan səfərdə özünü narahat hiss edəcəksə, biz bunu nəzərə almalıyıq”-deyə o vurğulayıb.
"Qəbələ" - "Borussiya" (Dortmund) oyunu oktyabrın 22-də keçiriləcək.