“Oktyabrın 10-da Ankarada partlayış törədən 2 intiharçıdan birinin kimliyi artıq müəyyənləşdirilib.”
Bunu oktyabrın 19-da A-Haber TV-yə müsahibəsində baş nazir Ahmet Davutoglu bildirib.
Qeyd edək ki, həmin vaxt Ankaranın əsas dəmiryol vağzalı ətrafında törədilən 2 partlayış 102 nəfər ölüb.
Davutoglu ikinci intiharçının kimliyinin müəyyənləşdirilməsi ilə bağlı istintaqın davam etdirildiyini bildirib.
Nazir qeyd edib ki, bu terror aktları ilə bağlı 15 nəfər saxlanıb və onlardan 4-dü hazırda həbsdədir.
Türkiyə rəsmiləri bundan əvvəl əsas versiyanın İslam Dövləti qrupu olduğunu bəyan edib.