FİFA Michele Platininin namizədliyi ətrafındakı qeyri-müəyyənliyə baxmayaraq təşkilata prezident seçkisinin vaxtını dəyişməyib.
Oktyabrın 20-də təşkilatın Twitter səhifəsində yerləşdirilən məlumatda seçkinin nəzərdə tutulduğu kimi 2016-cı il fevralın 26-da Sürixdə keçiriləcəyi bildirilir.
Qeyd edək ki, təşkilatın hazırkı prezident əvəzi Sepp Blatterlə FİFA prezidentliyinə namizəd UEFA prezidenti Platini korrupsiya ilə bağlı istintaqa görə 90 günlük vəzifədən kənarlaşdırılıblar.
Hazırda Platininin FİFA-dan 2 milyon dollar qanunsuz vəsait alması ilə bağlı istintaq gedir və bu məsələ onun namizədliyini əngəlləyə bilər.
Platini oktyabrın 19-da“Le Monde” qəzetinə FİFA ilə 2 milyon dollarlıq yazılı müqaviləsi olmadığını, amma bu vəsaitin qanuni və 1998-2002-ci illərdə görülən işə görə verildiyini bildirib.
İsveçrə prokurorluğunun qanunsuz hesab etdiyi bu vəsaitin böyük hissəsi 2011-ci ildə köçürülüb.