Hava soyuqlaşır

Foto arxiv

Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq.

Bölgələrdə isə əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 8-13, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.