İraq ordusu İD yaraqlılarını geri oturdub

Foto arxiv

Iraqın hökumət qüvvələri İslam Dövləti yaraqlılarını əsas neftayırma zavodunun yerləşdiyi Beyci şəhərindən çıxarıb.

Bu barədə oktyabrın 20-də hərbi komandanlığın sözçüsü general Yahya Rasool məlumat yayıb.

Döyüşdə hökumət qoşunları ilə yanaşı şiə birləşmələri də iştirak edib.

Dövlət televiziyası şəhərin mərkəzini, əllərində bayraq olan əsgərləri göstərib.

İslam Dövləti yaraqlıları bu şəhəri və ətrafdakı neftayırma zavodunu 2014-cü ilin iyununda ələ keçirmişdilər.