Azərbaycan AŞ-nın tədbirinə qatılmayıb

Foto arxiv

Oktyabrın 20-də Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresinin 29-cu sessiyası başlayıb.

APA-nın məlumatına görə, Azərbaycanın Konqresdəki nümayəndə heyəti qurumun sessiyasında iştirak etməkdən imtina edib. Buna səbəb bu il sentyabrın 18-də Konqresin Monitorinq Komitəsinin Varşavada keçirilən toplantısında Azərbaycanla bağlı bəyanat qəbul edilməsi olub.

Azərbaycan nümayəndə heyəti bu bəyanatı qərəzli hesab edərək, Konqresin budəfəki sessiyasına qatılmayıb.