“İraq Rusiyadan yardım istəməyəcək”

General Joseph Dunford

-

Birləşmiş Ştatlar İraqdan təminat alıb ki, İslam Dövləti qruplaşması hədəflərini vurmaq üçün Rusiyadan kömək istəməyəcək. Bunu ABŞ generalı Joseph Dunford oktyabrın 21-də deyib. General oktyabrın 1-də dəniz qüvvələrinin Baş qərargah rəisi təyin olunandan bəri ilk dəfə İraq səfər edib.

Onun sözlərinə görə, Bağdada xəbərdarlıq edib ki, Rusiya hava zərbələrinə başlayarsa, Birləşmiş Ştatlar hava kampaniyasına son verməli olar. ABŞ koalisiyası bir ildən çoxdur İraq və Suriyadakı İD hədəflərinə zərbələr endirir.

Rusiya Suriyada İD-ə havadan zərbələr endirdiyini bildirir. Ancaq Qərb Rusiyanın daha çox üsyançı qrupları hədəfə aldığını bildirir.

İraqın baş naziri Haider al-Abadi oktyabrın 1-də demişdi ki, Rusiyanın ölkəsinə hava zərbələrini alqışlayar. Dunford deyib ki, Abadi-nin bu çıxışı Vaşinqtonu qəzəbləndirib. Generalın sözlərinə görə, ABŞ-ın məsələyə etirazını çatdırandan sonra İraq rəsmiləri onu əmin ediblər ki, “hazırda rusiyalıların onlara dəstək göstərməsi üçün xahiş olunmayıb”.