Media təşkilatları Türkiyəni pisləyir

Foto arxiv

Beynəlxalq mediya təşkilatları Türkiyədə mətbuat azadlığının kəskin pisləşdiyini bildirirlər.

8 təşkilatın yaydığı bəyanatda noyabrın 1-də keçiriləcək parlament seçkisi ərəfəsində ölkədə media azadlığı sahəsində vəziyyətin həddən artıq pisləşdiyini bildirirlər.

Bu qrupa Vyanadakı Beynəlxalq Media İnstitutu və Birləşmiş Ştatlardakı Jurnalistləri Müdafiə Komitəsi də daxildir.

Bəyanatda ölkə prokurorluğunun jurnalistləri antiterror qanunları və prezidentin təhqir olunması ittihamları ilə məsuliyyətə cəlb etdiyi , media təşkilatlarına qarşı basqılar edildiyi bildirilir.