Kerry ilə Lavrov görüşəcək

Sergei Lavrov və John Kerry

ABŞ Dövlət katibi John Kerri və Rusiyanın xarici işlər naziri Sergei Lavrov Suriya böhranını müzakirə eləmək üçün oktyabrın 23-də Vyanada Səudiyyə Ərəbistanı və türkiyəli həmkarları ilə görüşəcəklər.

Bu barədə oktyabrın 21-də Rusiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bəyanat Suriya prezidenti Bashar Assadın oktyabrın 20-də Moskvaya səfərindən bir gün sonra verilib.

Nazirliyin məlumatına görə, oktyabrın 21-də Lavrovla Kerry arasında telefon söhbəti olub və tərəflər Vyanada belə bir görüş keçirmək razılığına gəliblər.

Bashar Assadın artıq Suriyaya döndüyü bildirilir.

Məlumata görə Moskva görüşündə terrorçu qruplara qarşı birgə mübarizə, Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlar və bunun davam etdirilməsi müzakirə olunub.

Rusiya Suriya müharibəsində Bashar Assadın, Qərb isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.