“Qalatasaray” rəqibini uddu

Arxiv fotosu

-

Oktyabrın 21-dən 22-nə keçən gecə futbol üzrə Çempionlar Liqasında 3-cü turun oyunları keçirilib.

“Qalatasaray” “Benfika”nı 2-1 hesabıyla məğlub edib. "Real" və "Yuventus" qol vura bilməyib. “Atletiko” isə qazaxların “Astana”sını darmadağın edib.

Beləliklə, nəticələri təqdim edirik.

A Qrupunda PSJ (Fransa) - "Real" (İspaniya) qarşılaşması heç-heçəylə başa çatıb: 0- 0

"Malmö" (İsveç) - "Şaxtyor" (Ukrayna) oyununda isə yeganə qolu İsveç futbolçusu Markus Rozenberq vurub: 1:0

B Qrupunda MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə) görüşü də heç-heçəylə bitib - 1:1.

"Volfsburq" (Almaniya) - PSV (Hollandiya) qarşılaşmasında almanlar qələbə qazanıblar - 2:0.

C Qrupunda qarşılaşan "Atletiko" (İspaniya) - "Astana" (Qazaxıstan) oyununda oyun qazaxların məğlubiyyəti ilə başa çatıb - 4:0.

"Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) qarşılaşmasında qələbə türklərin olub: - 2:1

“Benfika”-nın qapısından qolları Selçuk İnan və Lukaş Podolski keçirib.

D Qrupunda "Mançester Siti" (İngiltərə) - "Sevilya" (İspaniya) görüşü 2:1 hesabıyla yekunlaşıb.

"Yuventus" (İtaliya) - "Borussiya" (Münhenqladbax, Almaniya) oyunu hesab açılmadan bitib - 0:0.