Lənkəranda qadın doğuş zamanı ölüb

Foto illüstrasiya.

-

Azərbaycanda daha bir ana ölümü qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə oktyabrın 22-dən 23-nə keçən gecə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb.

Lənkəran rayonunun Şağlaser kənd sakini, 1997-ci il təvəllüdlü Sənayə Ağayeva doğuşdan sonra ölüb. Bu, ananın ilk doğuşu olub.

Körpənin isə sağ olduğu bildirilir.

Xəstəxanadan ana ölümünün səbəbləri barədə hələlik hər hansı açıqlama verilmir.