500 hacı xəstələnib

Həcc ziyarəti.

-

Bu il Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarların bir çoxunda virus aşkarlanıb.

Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Həci Kitabullah Əkbərov APA-ya bildirib ki, zəvvarlar bu virusa Səudiyyə Ərəbistanında yoluxublar.

Bunun kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K.Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir: «Həccdən qayıdan 500-dən çox hacı bu virusun daşıyıcısıdır. Buna da səbəb onların orada düzgün pəhriz saxlamamaları, soyuq su içmələri və digər məsələlərdir».

Bu il Azərbaycanda Həccə 2400 zəvvar gedib, onlardan 3-ü orada vəfat edib.