İsveçdə məktəbə hücum edilib,ölən var

Foto arxiv

İsveçdə maskalı və qılıncla silahlanmış adam məktəbə soxularaq 1 nəfəri öldürüb, 4 nəfəri isə yaralayıb.

Onlardan biri kişi, 4-ü isə uşaqdır. Ölənin kimliyi barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə gələn polis hücum edəni güllələyib.

İnsident oktyabrın 22-si səhər saatlarında Trollhattandakı “Kronan” məktəbində baş verib.

Bu məktəb böyüklüyünə görə ikinci olan Geteburq şəhərinin yaxınlğında yerləşir.

Yaralılar xəstəxanaya götürülüb və onların yeniyetmə olduqları bildirilir.

Həmin məktəbdə 400 uşaq oxuyur.