Vyanada Suriya məsələsi müzakirə olunacaq

Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov oktyabrın 22-də ” Rasiya-24”kanalına müsahibəsində bildirib ki, oktyabrın 23-də Vyanada ABŞ, Rusiya,Türkiyə və Səudiyyə Ərəbistanının iştirakı ilə Suriya münaqişəsi müzakirə oluna bilər.

O qeyd edib ki, görüşün formatını qəbul edərək biz bir daha əmin olduq ki, İranın iştirakı olmadan Suriya münaqişəsi ilə bağlı qətnamənin beynəlxalq dəstək qazanmasına cəhdlər mənasızdır.

Lavrov bildirib ki, indiki şəraitdə, Misir, Qətər , Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanı bu qrupa daxil eləmək lazımdır:

“Bu ölkələrdən bir neçəsi sabah Vyanada nazirlərlə təmsil oluna bilərlər, amma paralel görüşdə. Onlar bizimlə söhbət eləmək istədiklərini bildirdilər, bizsə buna hazırıq”-deyə o bildirib.